Qeyrət haqqında hədislər
Qeyrətin təqdir olunması. 1. Allahın Peyğəmbəri (s): «Həqiqətən, qeyrət imanın bir hissəsidir.» (Mən la Yəhzuruhul Fəqih, c.3, səh. 44, hədis 4541) 2. Allahın Peyğəmbəri (s): «Babam İbrahim (peyğəmbər) qeyrətli idi və mən ondan daha qeyrətliyəm. Allah qeyrəti olmayan müsəlmanın burnunu yerə sürtər. (Biharul-Ənvar, c.103, səh. 248, hədis 33) 3. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allah qeyrət göstərir və mömin (də) qeyrət göstərər. Allahın qeyrət göstərməsi, möminin Allahın ona haram etdiyi işi gördüyü yerdədir.» (Kənzul-Ummal, hədis 7072) 4. Allahın Peyğəmbəri (s): «Cənnətin rayihəsi beş yüz illik məsafədən burunlara çatar, ancaq naxələf övlad və dəyyus insana çatmaz.» Ərz edildi: «Ey Allahın Peyğəmbəri! Dəyyus kimdir?» Buyurdu: «Arvadı zina edən və bundan xəbəri olan kişi.» (Mən a Yəhzuruhul Fəqih, c.3, səh. 444, hədis 4542) 5. İmam Əli (ə): «Kişinin dəyəri onun himməti qədərdir....Onun şücaəti abır həya etməsi (alçaqlıq və zəlilliyi qəbul etməməsi), iffəti isə onun qeyrəti qədər...