Uşaqlıq dövrü haqqında hədislər

Uşaqlıq dövrü

1. Allahın Peyğəmbəri(s): «Uşağın balaca vaxtı dəcəlliyi (və şeytanlığı), böyüyəndə əqlinin çoxluğuna dəlalət edir.» (Kənzul-Ummal, hədis 30747)

2. İmam Əli(ə): «Uşaqlıq dövrü özünü əziyyətə və çətinliyə salmayan şəxs, böyüyəndə şərəfə çatmaz.» (Ğurərul-Hikəm, hədis 8272)

3. İmam Əli(ə): «Uşaqlığında soruşan böyüyəndə cavab verər.» (Ğurərul-Hikəm, hədis 8273)

4. İmam Əli(ə): «Uşaqlığında öyrənməyən böyüyəndə inkişaf etməz.» (Ğurərul-Hikəm, hədis 8973)

5. İmam Əli(ə): «Nadan, qoca olsa da uşaqdır. Alimsə, yeniyetmə olsa da böyükdür.» (Biharul-Ənvar, c.1, səh. 183 , hədis 85)

6. İmam Kazim (ə): «Oğlanın uşaqlıq dövründə dəcəlliyi (və şeytanlığı), böyüyəndə dözümlülüyünə səbəb olduğuna görə bəyənilibdir.» (əl-Fəqih, c.3, səh. 493 , hədis4748

Yorumlar

Popüler Yayınlar