Düşünmək haqqında hədislər

Düşünmək.

Quran
«Allah öz ayələrini sizin üçün elə aydınlaşdırdı ki, bəlkə düşünəsiz.» (Bəqərə, ayə 219)


Hədis:
1. İmam Əli (ə): «Düşünmək yaxşılığa və ona əməl etməyə çağırar.» (əl-Kafi, c. 2, səh. 55, hədis 5)

2. İmam Əli (ə): «Kim düşünsə gözü açılar.» (Nəhcül-Bəlağə, məktub 31)

3. İmam Əli (ə): «Hər kim öyrəndiyi şey barədə çox düşünsə, öz biliyini gücləndirər və başa düşmədiklərini anlayar.» (Ğurərul-hikəm, hədis 8917)

4. İmam Əli (ə): «Heç bir bilik düşünmək qədər deyil.» (Nəhcül-Bəlağə, hikmət 113)

5. İmam Əli (ə): «Düşüncə saf bir güzgüdür.» (Nəhcül-Bəlağə, hikmət 5)

6. İmam Həsən (ə): «Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.» (Biharul-Ənvar, c. 78, səh. 115, hədis 11)

7. İmam Həsən (ə): «Sizə ilahi təqvanı və davamlı düşünməyi tövsiyə edirəm. Çünki düşünmək bütün yaxşılıqların ata-anasıdır.» (Tənbihul Xəvatir, c. 78, səh.52)

8. İmam Sadiq (ə): «Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür.» (Biharul-Ənvar, c. 71, səh. 326, hədis 20)

Düşünmək kimi ibadət yoxdur.

9. «Tənbihul-Xəvatir»: Əbuzərin anasından Əbüzərin ibadəti barədə soruşdular. O, dedi: Bütün insanlardan kənar gəzər və düşünərdi.» (Tənbihul-xəvatir, c. 1, səh. 250)

10. İmam Sadiq (ə): «Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir.» (əl-Kafi, c. 2, səh. 55, hədis 3)

11. İmam Sadiq (ə): «Bir saat düşünmək bir il ibadətdən daha yaxşıdır. «Yalnız ağıl sahibləri ibrət alarlar.» (Zumər, ayə 9 ), (Biharul-Ənvar, c.71, səh. 327, hədis 22)


Düşüncəni saflaşdıran şeylər.

12 İmam Əli (ə): «Yeməyi az olanın düşüncəsi saf olar.» (Ğurərul-hikəm, hədis 8462)

13. İmam Əli (ə): «Daima qarnını doyuzduranın düşüncəsi necə saf və təmiz olar?» (Ğurərul-hikəm, hədis 6975)


Düşünülməsi qadağan olan şeylər.

14. İmam Əli (ə): «Hikmətdən qeyri şey barədə düşünmək quşbeyinlikdir.» (Ğurərul-hikəm, hədis 1278)

15. İmam Əli (ə): «Kim günahlar barədə çox düşünərsə, günahlar onu öz tərəfinə çəkər.» (Ğurərul-hikəm, hədis 8561)

16. İmam Əli (ə): «Kim Allahın əzəmətini düşünərsə, mat-məəttəl qalar.» (Ğurərul-hikəm, hədis 9207)

Yorumlar

Popüler Yayınlar