Uzaqgörənlik haqqında hədislər

Uzaqgörənlik

1. İmam Əli (ə):«Uzaqgörənlik zirəklikdir.» (Biharul-Ənvar, c.71,səh.339, hədis 8)

2. İmam Əli (ə):«Uzaqgörən şəxs ehtiyatlı, uzaqgörənliyi tərk edən isə qorxusuz olar.» (Ğurərul-Hikəm, hədis (7913 və 7914))

3. İmam Sadiq (ə):«Uzaqgörənlik gümanın çırağıdır.» (Tuhəful-Uqul, səh.356)


Nəticəni düşünmək

4. İmam Əli (ə):«Kim sonunu düşünmədən işə başlayarsa, özünü çətinliklərin təhlükəsinə atar.» (Tuhəful-Uqul, səh.90)

5. İmam Əli (ə):«İşə başlamamış (nəticəni) düşünmək, səni peşmançılıqdan amanda saxlar.» (Uyunul Əxbarel Reza (ə), c2, səh.54, hədis 204)

6. İmam Əli (ə):«İnsanların ən ağıllısı, onların aqibəti ən çox düşünənidir.» (Ğurərul-Hikəm, hədis 3367)

Uzaqgörənlik və qərar qəbulu

7.İmam Əli (ə):«Qələbə uzaqgörənlik və güclü iradə ilə qazanılar.» (Əvali əla, c1, səh.292, hədis 164)

8. İmam Əli (ə):«Uzaqgörənlik olmayan əzm və qərarda xeyir yoxdur.» (Ğurərul-Hikəm, hədis 10682)

Uzaqgörənliyin izahı

9. İmam Əli (ə):«Uzaqgörənlik aqibəti düşünmək və müdriklərlə məsləhətləşməkdir.» (Ğurərul-Hikəm, hədis 1915)

10. İmam Əli (ə):«Uzaqgörənliyin kökü, şübhə yarananda dayanmaqdır.» (Tuhəful-Uqul, səh.214)

11. İmam Əli (ə):«Sınamamış e‘timad etmək, uzaqgörənliyə ziddir.» ( Ğurərul-Hikəm, hədis 1514)

Uzaqgörən

12. İmam Əli (ə):«Uzaqgörən şəxs odur ki, dünyanın aldadıcı mənzərəsi onu axirət naminə çalışmaqdan çəkindirməsin.» (Ğurərul-Hikəm, hədis 1984)

13. İmam Əli (ə):«Uzaqgörən şəxs özünə yaxşı dost seçər. Çünki, insana öz dostu ilə qiymət verilir.» (Ğurərul-Hikəm, hədis 2026)

14. İmam Əli (ə):«Uzaqgörən şəxs odur ki, nemət və var-dövlət onu axirət üçün çalışmaqdan saxlamasın.» (Ğurərul-Hikəm, hədis 1878)

15. İmam Əli (ə) :«Uzaqgörən şəxs odur ki, qəzəbin şö‘lələri şaxə qalxanda cəza verməyi tə‘xirə salsın və ilkin fürsətdə yaxşılığın əvəzini (yaxşılıqla) ödəməyə tələssin.» (Ğurərul-Hikəm, hədis 2179)

Ən uzaqgörən insan

16. Allahın Peyğəmbəri (s):«Ən uzaqgörən insan, hamıdan çox öz qəzəbinə qalib gələndir.» (Əmali-Səduq, səh.28, hədis 4)

17.Allahın Peyğəmbəri (s): «Sizin aranızda ən zirəyiniz ölümü başqalarından daha çox yad edən və ən uzaqgörəniniz ona daha çox hazır olanınızdır.» (Əlamud-Din, səh.333)

18. İmam Əli (ə): «Sizin ən uzaqgörəniniz ən təqvalınızdır.» (Ğurərul-Hikəm, hədis 2832)

Yorumlar

Popüler Yayınlar