Riba (Sələm) haqqında hədislər
Sələmdən çəkindirmək
1. Allahın Peyğəmbəri (s):«Allah-taala sələm alana, sələm verənə, onu yazana (qeyd edənə) və onun şahidlərinə Lənət etmişdir.» (Əmali-Səduq,səh. 346 , hədis1)
2. Allahın Peyğəmbəri (s):«Me‘rac gecəsi elə bir xalqın üzərindən keçdim ki, onların ev böyüklüyündə və içində kənardan görünən ilanlar olan qarınları var idi.»Soruşdum:«Ey Cəbrayıl! Bunlar kimlərdir?» Dedi:«Bunlar sələm yeyənlərdir.» (Kənzul-Ummal,hədis 31857)
3. İmam Baqir (ə):«Ən çirkin qazanc sələmdir» (əl-Kafi, c.5,səh. 147 , hədis12)
4. İmam Sadiq (ə):«Sələm yeyən, yalnız şeytan onu dəli etdikdən sonra dünyadan köçər.» (Təfsirul-Əyyaşi, c.1,səh.152 , hədis503)
5. İmam Sadiq (ə):«Bir dirhəm sələm, Allahın yanında yetmiş dəfə öz mərhəmətləri ilə Allahın hörmətli evi Kə‘bədə zina etməkdən daha ağır günahdır.» (Nurus-Sədəleyn, c.1,səh. 295 , hədis1177)
Sələmin haram edilməsinin hikməti
6. İmam Sadiq (ə) (Hişam ibn Həkəmin sələmin haram edilməsinin səbəbi barədə sualına cavabından): «Əgər sələm halal olsaydı, insanlar ticarəti və yaşayışları üçün qazanc dalınca getməyi tərk edərdilər. Beləliklə, Allah-taala sələmi haram etdi ki, insanlar haram yeməkdən əl çəkib ticarətə, alış-verişə üz tutsunlar və mallarının artığını bir-birinə borc versinlər.» (İləluş-Şərayə, səh.482,hədis 1)
7. İmam Sadiq (ə) (sələmin haram edilməsinin səbəbi haqda sualın cavabında): «Səbəbi budur ki, insanlar bir-birinə yaxşılığı əsirgəməsinlər.» (Biharul-Ənvar, c.78,səh. 201, hədis 32)
Sələmə qurşanmağın amilləri
8. İmam Əli (ə):«Ey insanlar! Əvvəl əhkam, sonra ticarət! Allaha and olsun, bu ümmətin arasında sələm qara daşın üzərində gəzən qarışqadan daha gözəgörünməzdir.» (Biharul-Ənvar, c.103,səh. 117 , hədis 16)
9. İmam Əli (ə):«Dinin hökmlərini bilmədən ticarət və qazancla məşğul olan özünü sələmin uçurumuna atmışdır.» (Nəhcül-Bəlağə, hikmət 447)
Sələmi halal bilən sələmxor Allahla müharibəyə çıxmışdır
Qur’an:
Qur’an:
9. «Ey iman gətirənlər! Əgər möminsinizsə, sələmdən gələn gəliri tərk edin. Belə etməsəniz, Allaha və onun Peyğəmbərinə müharibə elan etmiş olarsınız. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.» (Bəqərə, ayə 178, 279)
Hədis:
10. İmam Sadiq (ə) (bir kişinin sələm yeməklə məşğul olduğunu və bunun adını «liba» («Liba»ya «Ağuz» – ananın öz yeni dünyaya gələn körpəsinə verdiyi ilk süddür) qoyduğunu eşitdikdə buyurmuşdur): «Əgər Allah-taala məni ona hakim etsəydi, onun boynunu vurardım.» (əl-Kafi, c.5,səh. 147, hədis11)
Allah senin belanı versin
YanıtlaSil