Həya haqqında hədislər
Həya
1. İmam Əli (ə):«Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir.» (Biharul-Ənvar, c.77, səh.211 , hədis1)
2. İmam Əli (ə):«Həya bütün yaxşılıqların açarıdır.» (Ğurərul-Hikəm, hədis 340) 3. İmam Əli (ə):«İnsanların ən ağıllısı onların ən həyalısıdır.» (Ğurərul-Hikəm, hədis 2900)
4. İmam Əli (ə) :«Həya pisliyə mane olar.» (Ğurərul-Hikəm, hədis 1393)
5. İmam Əli (ə):«Həya iffətliliyin səbəbidir.» (Ğurərul-Hikəm, hədis 5527)
Həya və iman
6. Allahın Peyğəmbəri (s):«Hər dinin öz təbiəti vardır, İslamın təbiəti də həyadır.» (Kənzul-Ummal, hədis 5757) 7. İmam Sadiq (ə) :«Həyası olmayanın imanı yoxdur.» (əl-Kafi, c.2, səh.106 , hədis5) Həyanın qınanıldığı hallar 8. Allahın Peyğəmbəri (s):«Həya iki növdür: əqldən doğan həya və ağılsızlıqdan törəyən həya. Əqlin həyası elmdir, axmaqlığın həyası isə cahillik.» (Biharul-Ənvar, c.77, səh.149 , hədis75) 9. İmam Əli (ə):«Utancaqlıq məhrumiyyətə yaxındır.» (Ğurərul-Hikəm,
10. İmam Əli (ə):«Utancaqlıq ruzinin yolunda maneədir.» (Ğurərul-Hikəm, hədis 274)
11. İmam Əli (ə):«Kim haqqı deməyə utanırsa axmaqdır.» (Ğurərul-Hikəm, hədis 8650) Həyasızlığın nəticəsi 12. Allahın Peyğəmbəri (s):«Peyğəmbərlərin (ə) misallarından xalq arasında bu sözdən başqa bir şey qalmayıb:Həyan olmasa, istədiyin hər işi et.» (Uyune Əxbare Rza (ə), c. 2, səh.95, hədis207) 13 İmam Əli (ə):«Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya etməz.» (Ğurərul-Hikəm, hədis 9071) 14. Allahın Peyğəmbəri (s):«Allahdan öz yaxşı qonşularından həya etdiyin kimi həya et. Çünki Allahdan həya etmək əminliyi artırar.» (Biharul-Ənvar, c.78, səh.200, hədis28) 15. Allahın Peyğəmbəri (s):«Hər biriniz gecə və gündüz sizin kənarınızda olan iki mehriban qonşudan həya etdiyiniz kimi, özünüzlə birgə olan iki mələkdən də həya etməlisiniz.» (Kənzul-Ummal, hədis 5751) 16. İmam Kazim (ə):«Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin.» (Tuhəful-Uqul, səh.394) Həyanın zirvəsi 17. İmam Əli (ə):«Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir.» (Ğurərul-Hikəm, hədis 6369) |
Yorumlar
Yorum Gönder