Sirr haqqında hədislər

 Sirr saxlamaq

1. İmam Əli (ə):«Kim öz sirrini gizlətsə, seçim qüdrəti onun öz əlində olar.» (Nəhcül-Bəlağə, hikmət 162)

2. İmam Əli (ə):«Qələbə uzaqgörənliklə, uzaqgörənlik fikirləşməklə və fikirləşmək sirr saxlamaqla əldə olunur.» (Nəhcül-Bəlağə, hikmət 48)

3. İmam Əli (ə):«Sənin sirrin sənin əsirindir. Əgər onu faş etsən, sən onun əsiri olacaqsan.» (Ğurərul-Hikəm, hədis 5630)

4. İmam Əli (ə):«Aqil insanın sinəsi onun sirr sandığıdır.» (Nəhcül-,Bəlağə hikmət 6)

5. İmam Əli (ə):«Sirr bilənlərin sayı hər nə qədər çox olarsa, onların faş olma ehtimalı bir o qədər artıq olar.» (Ğurərul-Hikəm, hədis 7197)

6. İmam Əli (ə):«Nə qədər məhəbbətin varsa dostuna həsr et, amma inamının hamısını onun ayağı altına atma.» (Ğurərul-Hikəm, hədis 2463)

7. İmam Əli (ə) :«İşlərin ən uğurlusu tam məxfiliklə baş verəndir.» (Ğurərul-Hikəm, hədis 3284)

8. İmam Əli (ə):«Öz sirrini e‘timad etdiyin kəsdən başqa heç kimə vermə.» (Biharul-Ənvar, c.77,səh. 235 , hədis 3)

9. İmam Əli (ə):«Sənin sirrinin bilinməməsinin nə qorxusu var!?» (Biharul-Ənvar, c.77,səh. 269 , hədis 1)

10. İmam Əli (ə):«Öz sirrini gizlətməkdə aciz olan şəxsin, başqalarının sirrini saxlamağa qüdrəti çatmaz.» (Ğurərul-Hikəm, hədis 8941)

11. İmam Sadiq (ə):«Sirrin faş olması süquta uğramaqdır.» (Tuhəful-Uqul,səh. 315)

12. İmam Sadiq (ə):«Sənin sirrin, sənin qanının bir hissəsidir. Buna görə sənin damarlarından qeyrisində axmamalıdır.» (Biharul-Ənvar, c.75,səh. 71 , hədis 15)

13. İmam Rza (ə):«Mömində bu üç xislət olmasa mömin olmaz. Bir xislət öz Rəbbindən, bir xislət peyğəmbərindən və bir xislət də öz vəlisindəndir. Rəbbinin xisləti sirr saxlamaqdır. Allah-taala buyurmuşdur: «Qeybi və sirri biləndir. Bəyəndiyi peyğəmbərdən başqa heç kəsi Öz sirrindən, qeybindən agah etməz.» (Biharul-Ənvar, c.75,səh. 68 , hədis 2)

14. İmam Cavad (ə):«Bir şeyi möhkəmlənməmiş və sabit olmamış üzə çıxarmaq, onun korlanmasına gətirib çıxarar.» (Biharul-Ənvar, c.75,səh. 71 , hədis 13)

Sirri verməyə layiq olmayanlar

15. İmam Əli (ə):«Sirr saxlamağa taqəti olmayan nadana sirr vermə.» (Ğurərul-Hikəm,hədis 10265)

16. İmam Əli (ə):«Əmanətə sadiq olmayana sirr vermə.» (Ğurərul-Hikəm,hədis 10166)

17. İmam Əli (ə):«Üç nəfərə sirr vermək olmaz: qadına, söz gəzdirənə və axmağa.» (Ğurərul-Hikəm,hədis 4662)

18. İmam Sadiq (ə):«Dörd şey bərbad olar: ….və ağıldan heç bir bəhrəsi olmayana sirr vermək.» (Biharul-Ənvar, c.75,səh. 69 , hədis 4)

Yorumlar

Popüler Yayınlar