Rüşvət haqqında hədislər

Rüşvət

1. Allahın Peyğəmbəri (s):«Rüşvət almaqdan çəkinin ki, həqiqətən, o, xalis küfrdür. Rüşvətxor Cənnətin ətrini duymayacaqdır.» (Biharul-Ənvar, c.104,səh. 274 , hədis12)

2. Allahın Peyğəmbəri (s):«Allah rüşvət verənə, rüşvət alana və onların arasında vasitəçi olana Lənət etsin.» (Kənzul-Ummal, hədis 15080)

3. İmam Əli (ə):«Sizdən qabaqkılar ona görə ölümə və pozğunluğa düçar oldular ki, xalqı öz haqlarından məhrum etmişdilər və insanlar (çarəsiz qalıb rüşvət verməklə) o haqqı aldılar. Onlar insanları batil əməllərə və əyintilərə vadar etdilər, insanlar da onların ardınca getdilər.» (Nəhcül-Bəlağə, məktub 79)

4. İmam Əli (ə):«Siz bilirsiniz ki, müsəlmanların namusunun, canının, qənimətlərinin (mallarının), hökmlərinin Məsuliyyətini və idarəçiliyini öz öhdəsinə götürən şəxs xəsis olmamalı və qərar verərkən, mühakimə edərkən rüşvət almamalıdır. Çünki əks halda, o, hüquqları pozacaq və haqqı haqq sahibinə çatdırmayacaqdır.» (Nəhcül-Bəlağə, xütbə 131)

5. İmam Əli (ə) («Çox haram yeyənlərdir» ayəsi haqda): «Bunlar, din qardaşlarının çətinliklərini həll etdikdən sonra onun hədiyyəsini qəbul edənlərdir.» (Biharul-Ənvar, c.104,səh. 273 , hədis5)

6. İmam Sadiq (ə):«Mühakimədə rüşvət almaq Allaha küfr etməkdir.» (əl-Kafi, c.8,səh. 409 , hədis2)

Yorumlar

Popüler Yayınlar