Dözümlülük haqqında hədislər

Dözümlülük

1. Allahın Peyğəmbəri (s) :«Dözümlü insan peyğəmbərliyə yaxındır.» (Biharul-Ənvar, c.43, səh.70, hədis 61)

2. İmam Əli (ə):«Dözümlülük ağlın kamilliyidir.» (Ğürərul-Hikəm, hədis 1055 )

3. İmam Əli (ə):«Dözümlülük möminin işinin nizama düşməsinin səbəbidir.» (Ğürərul-Hikəm, hədis 1055)

4. İmam Əli (ə):«Kişinin gözəlliyi onun dözümlülüyü ilə ölçülür.» (Ğürərul-Hikəm, hədis 1055)

5. İmam Əli (ə):«Əgər dözümlü deyilsənsə də, özünü dözümlü kimi göstər. Çünki özünü başqa insanlara bənzədib, sonunda onlardan birinə çevrilməyən çox az adam tapılar.» (Nəhcül-Bəlağə, hikmət 207)

6. İmam Əli (ə):«Dözümlü o kəsdir ki, öz qardaşlarına qarşı dözümlü olsun.» (Ğurərul-Hikəm, hədis 1111)

7. İmam Rza (ə):«İnsan dözümlü olmayınca, abid olmaz.» (əl-Kafi, c.2, səh.111)

Dözüm gətirən şeylər

8. İmam Əli (ə):«Ağlın artması ilə dözümlülük də artar.» (Ğurərul-Hikəm, hədis 4274)

9. İmam Əli (ə):«Sənə dözümlü olmağı tövsiyə edirəm, çünki o, elmin səmərəsidir.» (Ğurərul-Hikəm, hədis 6084)

10. İmam Əli (ə):«Dözümlülüklə vüqar yüksək əzm və iradədən doğulmuş iki əkizdir.» (Nəhcül-Bəlağə, hikmət 460)


Dözümlülüyün səmərələri

11. İmam Əli (ə) :«Dözümlü olan, ağalıq edər.» (Biharul-Ənvar, c.77, səh.208, hədis 1)

12. İmam Əli(ə):«Düşməninə qarşı dözüm göstərən, ona qalib gələr» (Kənzul-Fəvaid, c.1, səh.319)

13. İmam Əli (ə) :«Dözümlü şəxsin bu xasiyyətindən götürdüyü ilk bəhrə, nadanın müqabilində xalqın onun köməyinə gəlməsidir.» (Məani-Əxbar, səh.319, hədis 896)

14. İmam Əli (ə):«Qəzəbin şiddətli vaxtında dözüm göstərmək, insanı Allahın qəzəbindən amanda saxlar.» (Ğurərul-Hikəm, hədis 1776)

15. İmam Sadiq (ə) :«Köməklik üçün dözümlülük kifayət edər.» (əl-Kafi, c.2, səh.112, hədis 6)

Dözümlülüyün izahı

16. İmam Həsən (ə) (dözümlülüyün mənası haqda sualın cavabında): «Dözümlülük qəzəbi boğmaq və nəfsi saxlamaqdır.» (Biharul-Ənvar, c78, səh.102)

Qəzəbli olanda dözümlülük

17. Loğman (ə) :«Dözümlü şəxs qəzəbli vaxtından qeyri bir halda tanınmaz.» (Biharul-Ənvar, c.78, səh.102)

18. İmam Əli (ə) – ən dözümlü şəxs barədə sualın cavabında :«Qəzəblənməyən kimsədir.» (Əmali-Səduq, səh.322, hədis 4)

19. İmam Səccad (ə) :«Mənim o insandan xoşum gəlir ki, qəzəbləndiyi vaxtı səbr onu haqlasın.» (əl-Kafi, c.2, səh.112, hədis 3)

Yorumlar

Popüler Yayınlar