Cavab haqqında hədislər

Cavab

1. İmam Əli (ə): Cavablar qarışıq və çox olarsa, doğru cavab gizli qalar.» (Nəhcul Bəlağə, hikmət 243)

2. İmam Əli (ə):«Bəzən dilli dilavərlər də cavab verməkdə aciz qalarlar.» (Ğurərul-Hikəm, hədis 5378)

3. İmam Əli (ə):«Cavab verməkdə tələsən şəxs, doğru cavabı tapmaz.» (Ğurərul-Hikəm, hədis 8640)

4. İmam Əli (ə):«Doğru cavab fəzilət və elmin nişanələrindəndir.» (Ğurərul-Hikəm, hədis 9417 )

5. İmam Əli (ə):«Tündməzaclığı kənara qoy, səbəbini fikirləş, özünü boş və mənasız sözlərdən saxla ki, xətalardan amanda qalasan.» (Ğurərul-Hikəm, hədis 5136)

6. İmam Əli (ə):«Cahilin müqabilində səbr və təmkin göstərsən, şübhəsiz ki, ona ən yaxşı cavabı vermiş olarsan.» (Ğurərul-Hikəm, hədis 4104)

7. İmam Əli (ə):«Çox sözlər var ki, onların cavabı sükutdur.» (Ğurərul-Hikəm, hədis 5303)

8. İmam Sadiq (ə):«Hər suala cavab verən şəxs ağılsızdır.» (Məani-Əxbar, səh.238, hədis 2)

Yorumlar

Popüler Yayınlar