Abır-həya haqqında hədislər

Abır-həyalı olmağa həvəsləndirmək

1. İmam Əli (ə): «Malına ən çox xəsis olan insanlar, öz abır-həyalarında daha əliaçıq olanlardır.» (Ğurərul-Hikəm, hədis 3190)

2. İmam Əli (ə): «Ən yaxşı sərvət odur ki, abır-həyanın qorunmasına səbəb olsun.» (Ğurərul-Hikəm, hədis 3038)

3. İmam Əli (ə): «Kim öz abrını sevirsə, dava-dalaşdan çəkinməlidir.» (Nəhcül-Bəlağə, hikmət 362)

4. İmam Sadiq (ə): «Abır tökülsə,onu yığıb yığışdırmaq (bərpa etmək) çətin olar.» (Əlam-d-Din, səh.303)


Müsəlmanların heysiyyatına toxunmaqdan çəkinməyin savabı.

5. İmam Səccad (ə): «Kim müsəlmanların heysiyyatına toxunmaqdan çəkinsə, Allah qiyamət günündə onun büdrəyişlərini bağışlar.» (Səhifətul İmam Reza(ə), səh.85, hədis 195)

Müsəlmanların heysiyyatını qorumağın savabı.

6. Allahın Peyğəmbəri (s): «Kim öz qardaşının abır-həyasını qoruyarsa, bu əməli onunla cəhənnəm odu arasında pərdə olar.» (Əmali Mofid, səh.338, hədis 2)

7.Allahın Peyğəmbəri (s): «Kim öz qardaşının abır-həyasını qoruyarsa, şübhəsiz ki, cənnət ona vacib olar.» (Vəsailuş-Şiə, c.8, səh.606, hədis3)

Yorumlar

Popüler Yayınlar