Hərislik haqqında hədislər

Hərislik 

1. İmam Əli (ə) (Hərislik nədir?-sualının cavabında) «Çoxu əldən verməklə azı əldə etmək.» (Biharul-Ənvar, c.73, səh.167, hədis31)

2. İmam Əli (ə): «Hərislik əbədi əziyyətdir.» (Ğurərul-Hikəm, hədis 982)

3. İmam Əli (ə): «Hərislik mərdliyə ləkə gətirər.» (Ğurərul-Hikəm, hədis 1107)

4. İmam Əli (ə): «Hərislik dərdin miniyidir.» (Ğurərul-Hikəm, hədis 280)

Həris

5.İmam Əli (ə) – «Hansı zəlillik daha pisdir? – sualına cavab olaraq buyurur:«Dünyaya hərislik.» (Əmali-Səduq, səh.322, hədis4)

6. İmam Əli (ə) :«Həris əsarətin buxovlarından heç vaxt xilas ola bilməyən çarəsiz bir əsirdir.» (Ğurərul-Hikəm, hədis 1370)

7. İmam Əli (ə):«Ruzi bölünmüşdür, həris isə məhrumdur.» (Ğurərul-Hikəm, hədis 96)

8. İmam Əli (ə):«Həris bütün dünyaya malik olsa belə möhtacdır.» (Ğurərul-Hikəm, hədis 1753)

9. İmam Əli (ə): «Həris olan kimsə özünü bədbəxtlik və əziyyət uçurumuna atmışdır.» (Ğurərul-Hikəm, hədis 7723)

10. İmam Əli (ə): «Həris qane olmaz.» (Ğurərul-Hikəm, hədis 365)

11. İmam Əli (ə): «Hərislik ruzini artırmaz, əksinə məqamı və qədir-qiyməti yerə vurar.» (Ğurərul-Hikəm, hədis 1877)

12. İmam Hüseyn (ə): «Nə iffət ruziyə mane olar, nə də hərislik ruzini artırar. Çünki ruzi bölünmüşdür və mütləq əcəldir. Hərislik 1etmək isə günah istəməkdir.» (Əlamud-Din, səh.428)

13. İmam Baqir (ə): «Dünya hərisi olan kimsənin hekayəti barama (ipək) qurdunun hekayətidir. Öz üzərinə nə qədər çox ipək toxuyursa, bir o qədər onun pilədən çıxmaq imkanı azalar və nəticədə qəm-qüssədən ölər.» (əl-Kafi, c.2, səh.316, hədis7)

14. İmam Sadiq (ə):«Əmirəl-möminin (ə) buyururdu:«Ey Adəm övladı! Əgər dünyadan, sənə kifayət etdiyi qədərini istəsən, dünyanın ən azı bir şeyi sənə bəs edər. Ancaq kifayət etdiyindən çoxunu istəsən, bütün dünya da sənə bəs etməz.» (əl-Kafi, səh.138, hədis6)

Hərisliyin kökü


15. Allahın Peyğəmbəri (s):«Ey Əli! Bil ki, qorxaqlığın, simiclik və hərisliyin təbiəti birdir və onların kökü (Allaha) bədgüman olmaqdır.» (İləluş-Şəraye, səh.559, hədis1)

16. İmam Əli (ə):«Həqiqətən, Adəm övladı ona qadağan olunmuş şeyə hərisdir.» (Kənzul-Ummal, hədis 44095)

17. İmam Əli (ə):«Çox hərisliyin və xəsisliyin bünövrəsi Allaha şəkk və az etimad etmək üzərində qurulmuşdur.» (Ğurərul-Hikəm, hədis 6195)

18. İmam Əli (ə):«Çox hərislik gözüdoymazlıqdan və dinin zəifliyindən irəli gəlir.» (Ğurərul-Hikəm, hədis 5772)

Yorumlar

Popüler Yayınlar