Qeyrət haqqında hədislər
Qeyrətin təqdir olunması.
1. Allahın Peyğəmbəri (s): «Həqiqətən, qeyrət imanın bir hissəsidir.» (Mən la Yəhzuruhul Fəqih, c.3, səh. 44, hədis 4541)
2. Allahın Peyğəmbəri (s): «Babam İbrahim (peyğəmbər) qeyrətli idi və mən ondan daha qeyrətliyəm. Allah qeyrəti olmayan müsəlmanın burnunu yerə sürtər. (Biharul-Ənvar, c.103, səh. 248, hədis 33)
3. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allah qeyrət göstərir və mömin (də) qeyrət göstərər. Allahın qeyrət göstərməsi, möminin Allahın ona haram etdiyi işi gördüyü yerdədir.» (Kənzul-Ummal, hədis 7072)
4. Allahın Peyğəmbəri (s): «Cənnətin rayihəsi beş yüz illik məsafədən burunlara çatar, ancaq naxələf övlad və dəyyus insana çatmaz.» Ərz edildi: «Ey Allahın Peyğəmbəri! Dəyyus kimdir?» Buyurdu: «Arvadı zina edən və bundan xəbəri olan kişi.» (Mən a Yəhzuruhul Fəqih, c.3, səh. 444, hədis 4542)
5. İmam Əli (ə): «Kişinin dəyəri onun himməti qədərdir....Onun şücaəti abır həya etməsi (alçaqlıq və zəlilliyi qəbul etməməsi), iffəti isə onun qeyrəti qədərdir.» (Nəhcül-Bəlağə, hikmət 47)
6. Allahın Peyğəmbəri (s): «Qeyrətli insan heç vaxt zina etməz.» (Nəhcül-Bəlağə, hikmət 305)
7. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Allahın möminə qarşı qeyrəti var. Belə isə qeyrətsiz şəxs də qeyrətli olsun. Çünki qeyrətsiz adamın ürəyi tərsinədir.» (əl-Məhasin, c.1, səh. 204, hədis 355)
8. İmam Sadiq (ə): «Allah-taala qeyrətlidir və hər bir qeyrətli insanı sevər. Gizlində və aşkarda çirkin işləri haram buyurması da Onun qeyrətli olmağındandır.» (əl-Kafi, c.5, səh. 353, hədis 1)
Yersiz təəssüb və qeyrətin pislənilməsi.
9. Allahın Peyğəmbəri (s): «Elə qeyrət var ki, Allah onu sevər, eləsi var ki, xoşlamaz. Xoşladığı qeyrət ittiham və bədgümanlıq içində göstərilən qeyrətdir. Xoşlamadığı qeyrət isə arada ittiham və bədgümanlığın olmadığı yerdə qeyrət göstərməkdir.» (Kənzul-Ummal, hədis 7067)
10 . İmam Əli (ə) (Övladı Həsənə (ə) tövsiyyəsindən):–«(qadınlara qarşı)Yersiz qeyrətdən çəkin ki, bu sağlam qadınları xəstəliyə, iffətliləri bəd- gümanlığa (və günah işlərin fikrinə) salar. Onlara qarşı işini möhkəm tut. Nəsə eyb gördünsə, kiçik və böyük cəza verməkdə ləngimə.» (Biharul-Ənvar, c. 77, səh. 214, hədis 1)
11. Allahın Peyğəmbəri (s): «Qadının qeyrəti küfr, kişinin qeyrəti isə imandır.» (Nəhcül-Bəlağə, hikmət 124)
12. İmam Baqir (ə): «Qadınların qeyrəti paxıllıqdandır və paxıllığın kökü küfrdür. Qadınlar qeyrət və qısqanclıq çəkəndə qəzəblənərlər. Qəzəbləndikdə isə küfrə meyl edərlər, yalnız müsəlman qadınlardan başqa.» (əl-Kafi, c.5, səh.505, hədis 4)
13. İmam Sadiq (ə): «Halalda qeyrət və təəssüb yoxdur…» (əl-Kafi, c.5, səh.557, hədis 1)

Yorumlar
Yorum Gönder