Qənaət haqqında hədislər

Qənaət

1.«İddətud-dai»: Allah-taala Davuda vəhy buyurmuşdur: «Mən var-dövləti qənaətdə qərar versəm də, camaat onu malın çoxluğunda axtarır. Buna görə də onu tapmırlar. »(İddətud-dəai, səh. 166; Biharul-Ənvar, c. 78, səh. 453, hədis 21)

2. Allahın Peyğəmbəri (s): «Qənaət tükənməyən bir sərvətdir.»(Kənzul-Ummal, hədis 7080 )
5368. İmam Əli (ə) (Nəhl surəsinin 97-ci ayəsi haqda suala cavabından): «Burada qənaət nəzərdə tutulur. »(Nəhcul Bəlağə, hikmət 229 )

3. İmam Əli (ə): «İnsanların ən qənaətcili, onların ən çox şükr edənləridir. Onların nemətlərə ən naşükürü isə ən hərisləridir.»(Biharul-Ənvar, c. 77, səh. 422, hədis 40 )

4. İmam Əli (ə): «Var-dövləti axtardım və onu qənaətdən qeyri bir şeydə tapmadım. Qənaətcil olun ki, var-dövlət sahibi olasınız.»(Biharul-Ənvar, c.69, səh. 399, hədis 91 )

5. İmam Əli (ə): «Heç bir xəzinə qənaət qədər zəngin deyil.»(Nəhcül-Bəlağə, hikmət 371 )

6. İmam Həsən (ə): «Bil ki, qənaət və şadlığın mərdliyi bəxşişin comərdliyindən çoxdur. »(Biharul-Ənvar, c. 78, səh. 111, hədis 6 )


Qənaətə səbəb olanlar.

7. İmam Əli (ə): «Qənaət, özünü saxlamağın və nəfsin izzətinin həddindən asılıdır.»(Ğurərul-hikəm, hədis 6179 )

8. İmam Əli (ə): «Ağıllı olan qənaətcil olar.»(Ğurərul-hikəm, hədis 7724 )
9. İmam Sadiq (ə): «Özündən ən aciz olanına bax, özündən imkanlısına baxma. Çünki bu səni qismətinə düşənlə kifayətləndirər.»(əl-Kafi, c. 8, səh. 244, hədis 338 )


Qənaətin meyvəsi.

10. Allahın Peyğəmbəri (s): «Sənə verilənə qane ol ki, sorğu-sualın yüngül keçsin.»(Biharul-Ənvar, c. 77, səh. 187, hədis 37 )

11. İmam Əli (ə): «Özünü islah etmək üçün ən yaxşı köməkçi qənaətdir.»(Ğurərul-hikəm, hədis 3191 )

12. İmam Əli (ə): «Qənaətcil olan, qəmgin olmaz.»(Ğurərul-hikəm, hədis 7771 )

13. İmam Əli (ə): «Baş ucalığı qənaətin hesabına əldə olunur.»(Ğurərul-hikəm, hədis 4244 )

14. İmam Əli (ə): «Ən gözəl həyatı, Allah-taalanın qənaətcillik verdiyi və pak, ləyaqətli həyat yoldaşı nəsib etdiyi bəndələri yaşayır.»(Ğurərul-hikəm, hədis 3295 )

15. İmam Hüseyn (ə): «Qənaət canın rahatlığıdır.»(Biharul-Ənvar, c. 78, səh. 128, hədis 11 )

16. İmam Sadiq (ə): «Kim Allahın verdiyi az güzərana (və ruziyə) qane olsa, Allah onun az əməlinə şad olar.»(əl-Kafi, c. 2, səh., 138, hədis 3 )


 Aza qane olan.

17. İmam Əli (ə): «Kim az malına qane olmasa, çox malının da xeyrini görməz.»(Biharul-Ənvar, c. 78, səh. 81, hədis 33 )

18. İmam Sadiq (ə): «Allah sənə qismət etdiyinə qane ol. Başqalarında olana göz dikmə. Əldə edə bilməyəcəyin şeyləri arzulama. Çünki qənaətcil olan tox olar. Qane olmayansa doymaz. Axirətinin bəhrəsini qənimət bil.»(əl-Kafi, c. 8, səh. 243, hədis 337 )

Yorumlar

Popüler Yayınlar