Himmət haqqında hədislər

1.Allahın Peyğəmbəri (s): «Allah-taala yüksək və şərəfli işləri sevir, Onun alçaq və həqarətli işlərdən xoşu gəlmir.»(əs-səhifə əs-Səccadiyyə, səh.439, dua 199 )

2.İmam Əli (ə): «İnsanın dəyəri, onun himməti qədərdir.»(Biharul-Ənvar, c.78, səh.165, hədis 1 )

3.İmam Əli (ə): «Kimin himməti yüksəkdirsə, dəyəri çoxdur.»(Nəhcül-Bəlağə, hikmət 460 )

4.İmam Səccad (ə) (dualarının birində):–«(İlahi,) Səndən şahidliyin ən ədalətlisini və ibadətin ən sevincli və ruhiyyəlisini istəyirəm…..və himmətin ən yüksəyini.»(Ğurərul-Hikəm, hədis 1477 )

5.İmam Baqir (ə): «Yüksək himmətə malik olmaq kimi şərəf və iftixar yoxdur.»(Ğurərul-Hikəm, hədis 1388 )

Yüksək himmətə malik olmağın nəticələri.


6.İmam Əli (ə): «Həlimliklə vüqar, yüksək himmətdən doğan yaşıdlardır.»(Ğurərul-Hikəm, hədis 4277 )

7.İmam Əli (ə): «Comərdlik himmətin yüksəkliyinin nəticəsidir.»(Ğurərul-Hikəm, hədis 1674 )

8.İmam Əli (ə): «Gözəl əməl himmətin yüksəkliyindən xəbər verir.»(Ğurərul-Hikəm, hədis 7850 )

9.İmam Əli (ə): «Qəm-qüssə himmətlərin qədərindədir.»(Biharul-Ənvar, c.78, səh.164, hədis 1 )

10.İmam Əli (ə): «Qeyrətlilik himmətlərin miqdarındadır.»(Ğurərul-Hikəm, hədis 8019 )

11.İmam Əli (ə): «Kişinin şücaəti onun himməti qədərdir.»(Ğurərul-Hikəm, hədis 9256 )

12.İmam Əli (ə): «Gözütoxluğun izzətini himmətin yüksəkliyi ilə qazan.»(Biharul-Ənvar, c.78, səh.10, hədis 67 )

Himmətin azlığı.

13.İmam Əli (ə): «Kimin himməti az olsa, fəziləti aradan gedər.»(Tuhəful-Uqul, səh.318 )

14.İmam Əli (ə): «Dostun nemətinə paxıllıq etmək, himmətin aşağı olmasındandır.»(Tənbihul-Xəvatir, c.1, səh.48 )

15.İmam Əli (ə): «Alçaq adamın himməti olmaz.»(Ğurərul-Hikəm, hədis 883 )

16.İmam Sadiq (ə): «İnsanı yüksək məqam və ali hədəflərin arxasınca getməkdən üç şey saxlayır: himmətin azlığı, çarə axtarmamaq və fikrin zəifliyi.»(Ğurərul-Hikəm, hədis 9642 )

Fikri-zikri yemək olan adam.


17.Allahın Peyğəmbəri (s): «Kimin himməti yemək olsa, onun qiyməti yediyi şeyin miqdarındadır.»(Rum, ayə 29 )

18.İmam Əli (ə): «Kimin fikiri-zikri qarnına gedən şey olsa, onun dəyəri qarnından çıxan şey qədər olar.»(əl-Kafi, c.8, səh.136, hədis 103 )

19.İmam Əli (ə): «Xeyir, himməti və fikri-zikri qarnı və şəhvəti olan şəxsdən nə qədər də uzaqdır!»(Sunən əd-Darəmi, hədis 401 )

Yorumlar

Popüler Yayınlar