Vəfa haqqında hədislər

Vəfalılıq

Quran
«Əhdə vəfa edin. Çünki əhd barəsində sorğu-sual aparılacaq.»(Ğurərul-Hikəm, hədis 1044 )

«…əhd edəndə əhdinə vəfa edənlər…»(Ğurərul-Hikəm, hədis 1430)

1.Allahın Peyğəmbəri (s): «Allaha və qiyamət gününə imanı olan şəxs gərək vəd verəndə (ona) vəfa etsin.»(Ğurərul-Hikəm, hədis 3018 )

2.İmam Əli (ə): «Vəfalılıq ağalıq qalasıdır.»(Ğurərul-Hikəm, hədis 3020 )

3.İmam Əli (ə): «Vəfadarlıq dindarlığın çoxluğunun və güclü əmanətciliyin nişanəsidir.»(Ğurərul-Hikəm, hədis 10260 )

4.İmam Əli (ə): «Ən üstün əmanətcillik əhdlərə vəfalı olmaqdır.»(əl-Xisal səh.113, hədis 90 )

5.İmam Əli (ə): «Ən üstün doğruçuluq əhdlərə vəfalı olmaqdır.»(əl-Xisal səh.123, hədis 118 )

6.İmam Əli (ə): «Əhdinə vəfalı olmayan şəxsin dostluğuna etimad etmə.»(Furqan, ayə 63 )

7.İmam Səccad (ə) («dinin hökmlərinin cövhəri nədir?» sualının cavabında buyupmuşdur): «Haqq danışmaq, ədalətli hökm çıxarmaq və əhdə vəfalı olmaq.»(Kənzul-Ummal, hədis 6402 )

8.İmam Sadiq (ə): «Üç şeydə heç kəs bəhanə gətirə bilməz: Əmanəti yaxşı və ya pis əməl sahibi (olmasından asılı olmayaraq yiyəsi)nə qaytarmaq, yaxşı və ya pis əməl sahibi ilə olan əhdə vəfa etmək, yaxşı və ya pis əməl sahibi olan ata-ana ilə gözəl davranmaq.»(Kənzul-Ummal, hədis 6401 )

Yorumlar

Popüler Yayınlar