Paxıllıq haqqında hədislər

Qur’an:
«Paxılın həsəd çəkən zaman şərrindən və zərərindən (Allaha pənah aparıram).» (Fələq, ayə 5)

Hədis

1 . Allahın Peyğəmbəri (s) :«Allah-taala Musa ibn İmrana (ə) buyurmuşdur:«Həqiqətən, paxıl olan şəxs mənim nemətlərimdən narahat və bəndələrim üçün böldüyüm qismətə e‘tiraz edəndir.» (əl-Kafi, c2, səh.307, hədis 6)

2 . İmam Əli (ə) :«Paxıllıq ruhun zindanıdır.» (Gurərul-Hikəm, hədis 372. 332. 5242)

3 . İmam Əli (ə) :«Paxıllıq ən pis xəstəlikdir.» (Gurərul-Hikəm, hədis 332)

4 . İmam Əli (ə) :«Paxıllıq alçaqlıqların başıdır.» (Gurərul-Hikəm, hədis 5242)

5. İmam Əli (ə) :«Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl öz sahibini öldürər.» (Şərhi Nəhcül-Bəlağə, c.1, səh.316)

6. İmam Əli(ə):«Paxıllığın səmərəsi dünya və axirətdə bədbəxtlikdir.» (Gurərul-Hikəm, hədis 4632)

7. İmam Əli (ə) :«Paxıl paxıllığını çəkdiyi şəxsin nemətini itirməsini özü üçün nemət bilər.» (Gurərul-Hikəm, hədis 1832)

8.İmam Əli (ə) :«Məzluma paxıl qədər bənzəyən zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəmi daimidir.» (Biharul-Ənvar, c.73, səh.256, hədis 29)

9. İmam Əli (ə) :«Paxılın (öz paxıllığından) çəkdiyi ona bəsdir.» (Mustədrəkul-Vəsail, c12, səh.17, hədis 13388)

10. İmam Əli (ə) :«Paxıl çox təssüflənər və günahları ikiqat artar.» (Gurərul-Hikəm, hədis 1520)

11. İmam Əli (ə) :«Paxıl ağalıq etməz.» (Gurərul-Hikəm, hədis 1017)


 Hər bir dövlətlinin paxıllığını çəkərlər
12. Allahın Peyğəmbəri (s):«Öz ehtiyaclarınızı ödəməkdə məxfilikdən kömək alın, çünki, hər bir nemət sahibinə həsəd apararlar.» (Şərhe Nəhcül-Bəlağə, c.1, səh.306) 

Paxıllıq və iman.

13. İmam Baqir (ə) :«Alov odunu yediyi kimi, paxıllıq da imanı yeyər.» (əl-Kafi, c.2, səh.306, hədis 1)
1613. İmam Sadiq (ə) : «Bir-birinizə paxıllıq etməkdən çəkinin, çünki, küfrün kökü paxıllıqdır.» (əl-Kafi, c.8, səh.8, hədis 1)

Paxılın nişanəsi.
14. İmam Sadiq (ə) :«Loğman öz oğluna dedi: Paxılın üç nişanəsi var: Adamın dalınca qeybət edər, üz-üzə olanda yaltaqlanar və başqalarının çətinliklərinə şad olar.» (əl-Xisal, səh.121, hədis 113)

Yorumlar

Yorum Gönder

Popüler Yayınlar