Siyasət haqqında hədislər

Siyasət

1. İmam Əli (ə) :«Mülkün idarəçiliyi siyasətdir.» (Ğurərul-hikəm,hədis 17)

2. İmam Əli(ə):«Başda oturanların bəlası siyasətdə acizlikdir.» (Ğurərul-hikəm,hədis 3931)

3. İmam Əli (ə):«Gözəl siyasət rəhbərliyin davamiyyətinə səbəb olar.» (Ğurərul-hikəm,hədis 4820)

4. İmam Əli (ə) :«Gözəl siyasət xalqın möhkəmliyinin mənşəyidir.» (Ğurərul-hikəm,hədis 4818)

5. İmam Əli (ə):«Yaxşı tədbir görmək və israfçılıqdan çəkinmək gözəl siyasətdir.» (Ğurərul-hikəm,hədis 4821)

6. İmam Əli (ə):«Pis tədbir tökmək viran olmağın səbəbidir.» (Ğurərul-hikəm,hədis 5571)

7. İmam Əli(ə):«Siyasətin me‘yarı ədalətdir.» (Ğurərul-hikəm,hədis 9714)

8. İmam Əli(ə) :«Mehribanlıq siyasətin başıdır.» (Ğurərul-hikəm,hədis 5266)

9. İmam Əli (ə):«Dözümlü olmaq siyasətin zinətidir.» (Ğurərul-hikəm,hədis 772)

Nəfsə hakim olmaq

10. İmam Əli (ə):«Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar.» (Ğurərul-hikəm,hədis 8013)

11. İmam Əli(ə):«Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin.» (Ğurərul-hikəm,hədis 5588)

12. İmam Əli(ə):«Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır.» (Ğurərul-hikəm,hədis 9333)

Yorumlar

Yorum Gönder

Popüler Yayınlar